2026-cı il iyun ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 709 min 921 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Dövlət Vergi Xidməti xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,2 faiz, o cümlədən fiziki şəxslərin sayı 5,1 faiz, hüquqi şəxslərin sayı 5,9 faiz artıb.
İyun ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 209 min 205 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5 faiz çoxdur.
2026-cı ilin may ayında 910 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 88,2 faizi yerli investisiyalı, 11,8 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 84,3 faizi elektron qaydada qeydiyyata alınıb.
2026-cı ilin yanvar – may aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 faiz təşkil edib.
İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.
