Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 104 ölkə arasında 70,65 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Azərbaycan dekabr (56,78 MB/S) ayı ilə müqayisədə mövqeyində 1 pillə irəliləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 152 ölkə arasında 90-cı yerdə qərarlaşıb. Burada da Azərbaycan 1 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 66,91 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!