Ötən gün ölkədə istehsal olunan elektrik enerjisinin 29,1%-i bərpaolunan enerji mənbələrinin payına düşüb.
Energetika Nazirliyindən verilən məlumata görə, aprelin 6-da ümumilikdə 62,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kilovat-saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.
Məlumata görə, elektrik enerjisinin 12,4 milyon kilovat-saatı su elektrik stansiyalarında, 5,8 milyon kilovat-saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.
