Azərbaycanda bank əmanətlərinin 84 %-dən çoxu qorunur | Banco.az

Azərbaycanda bank əmanətlərinin 84 %-dən çoxu qorunur

Bu il yanvarın 1-nə Azərbaycan banklarındakı əmanətlərin 84,3 %-i və yaxud 14 milyard 139 milyon manatı Əmanətlərin Sığortalanması Fondunun qoruması altında olub.

Bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatında qeyd edilib.

Sənədə əsasən, əmanətlərin 57 %-i isə kompensasiya edilən olub.

Xatırladaq ki, bu il yanvarın 1-nə ev təsərrüfatlarının banklardakı vəsaitləri illik müqayisədə 14,4 % artımla 16 milyard 772,4 milyon manat təşkil edib. Fiziki şəxslərin əmanətlərinin 69,2 %-i (11 milyard 602,9 milyon manat) milli valyutada, 30,8 %-i (5 milyard 169,7 milyon manat) xarici valyutada olub.

2025-ci ilin yekununda Azərbaycanda unikal bank əmanətçilərinin sayı təxminən 194 min nəfər olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 81,3 % çoxdur.