Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək | Banco.az

Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında üçtərəfli anlaşma Memorandumu imzalanıb.

Bunu Kiberdiplomatiya üzrə Bakıda keçirilən 1-ci Beynəlxalq Konfransda çıxışı zamanı Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib.

O, bildirib ki, memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün ölkəmizdə “Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi” fəaliyyətə başlayacaq:

"Mərkəz, həm də tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı, Xidmətin Azərbaycan Texniki Universiteti ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində universitetdə müvafiq olaraq “Zərərverici Analizi Labaratoriyası” və Bakı Ali Neft Məktəbi ilə imzaladığı Anlaşma Memorandum çərçivəsində təhsil ocağında “İnformasiya Təhlükəsizliyi Testləri Labaratoriyası”nın qurulması işlərinə başlayıb. Bu layihələr tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq etmək, birgə tədqiqatlar və təcrübə mübadiləsi aparmaq, real layihələrdə iştirak etmək kimi fürsətlər yaradacaqlar".

APA

Ən sərfəli krediti almaq üçün müraciət et