Azərbaycan düyü idxalına çəkdiyi xərci 10 %-dən çox azaldıb | Banco.az

Azərbaycan düyü idxalına çəkdiyi xərci 10 %-dən çox azaldıb

Müəllif:Mehin Qasımova,Banco.az

2026-cı ilin ilk 4 ayında Azərbaycana 18 milyon 9 min ABŞ dolları dəyərində 20 min 476 ton düyü idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən düyünün miqdarı 10,7%,  dəyəri isə 18,3% azalıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 4 ayında xaricdən 22 milyon 39 min ABŞ dolları dəyərində 22 min 912 ton düyü idxal olunub.