Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2026-cı ilin yanvar-mart aylarında 2 milyard 500 milyon 709 min ABŞ dolları dəyərində 5 milyon 77 min 834 ton neft ixrac edib.
Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Azərbaycanın neft ixracından gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25,1%, neftin həcmi isə 15,5% azalıb.
Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 46,29% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
