Avrozonada inflyasiya aşağı düşüb | Banco.az

Avrozonada inflyasiya aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Avrozonada inflyasiya sürəti zəifləyib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın iyun ayı üzrə aparıcı inflyasiya məlumatlarını açıqlayıb.

Məlumatlar göstərir ki, region ölkələrində illik inflyasiya iyun ayında 2,6 faizdən 2,5 faizə düşüb. Proqnozlar da məhz bu istiqamətdə idi.

İnflyasiya aylıq müqayisədə isə 0,2 faiz təşkil edib.

Ərzaq və enerji kimi dəyişən maddələri əhatə etməyən baza inflyasiya 2,8 faiz gözlənildiyi halda, 2,9 faiz səviyyəsində dəyişməz qalıb.

Ən yüksək illik qiymət artımı 4,1 faizlə xidmət sektorunda reallaşıb. Xidmət sektorunu 2,5 faizlə qida, alkoqol və tütün məmulatları, 0,7 faizlə qeyri-enerji sənayesi məhsulları, 0,2 faizlə enerji məhsulları izləyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropa Mərkəzi Bankı (ECB) ilin qalan hissəsində inflyasiyanın zəifləyəcəyini, 2025-ci ildə isə hədəfə doğru daha əhəmiyyətli dərəcədə azalacağını gözləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et