Müəllif:Mehin Qasımova,Banco.az
"Apple" şirkətinin səhmləri şirkətin yeni məhsullarının təqdimatından sonra ucuzlaşıb.
Banco.az xəbər verir ki, Nasdaq fond birjasında ticarət məlumatlarına əsasən, "Apple" səhmləri təqdimatdan sonra 0,39% azalaraq 315 dollara düşüb.
Daha sonra şirkətin səhmləri gün ərzində minimum səviyyəyə enərək 311,06 dollara qədər ucuzlaşıb. Bu zaman azalma 1,63% təşkil edib.
Apple-ın ilk qatlanan smartfonu"iPhone Duo"nu təqdim etməsindən sonra səhmlərin ucuzlaşması səngiyib və qiymət 313,94 dollara yüksəlib. Bununla belə, təqdimatın başa çatmasından sonra "Apple" səhmləri yenidən geriləyərək 310 dollara düşüb. Bu səviyyədə şirkətin səhmlərində gündəlik azalma 1,97% təşkil edib.
"Apple" tədbir çərçivəsində ilk qatlanan smartfonu "iPhone Duo" ilə yanaşı, "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərini də rəsmi olaraq təqdim edib.
Şirkətin yeni məhsullarının təqdimatına baxmayaraq, investorların reaksiyası "Apple" səhmlərində mənfi istiqamətdə əks olunub.
