"Apple" 516 min dollar cərimələnib | Banco.az

"Apple" 516 min dollar cərimələnib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Böyük Britaniyanın Maliyyə Sanksiyalarının İcrası Ofisinin açıqlamasına görə, Britaniya hakimiyyəti ABŞ-nin "Apple" şirkətini Rusiya əleyhinə sanksiyaları pozduğuna görə 390.000 funt sterlinq (516.000 dollar) cərimələyib.

Banco.az-ın məlumatına görə, qeyd olunur ki, "Apple Distribution International Ltd."yə tətbiq edilən cəza "lisenziyası olmayan sanksiya tətbiq edilən quruma vəsait təmin etmək" olub.

Təfərrüatlar hələlik açıqlanmayıb. Yanvarın əvvəlində Britaniya hakimiyyəti Rusiya əleyhinə sanksiyaları pozduğuna görə Şotlandiya Bankını 160.000 funt sterlinq cərimələmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram