Almaniyada investor inamı bir ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

Almaniyada investor inamı bir ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada investor inamı sentyabr ayında azalaraq proqnozlardan aşağı düşüb.

Banco.az xəbər verir ki, Avropa İqtisadi Araşdırmalar Mərkəzi (ZEW) institusional investorların və analitiklərin növbəti 6 ay üçün proqnozlarını ölçən ZEW İqtisadi İnam İndeksinin sentyabr ayı nəticələrini açıqlayıb.

Məlumatlar göstərir ki, sentyabrda Avropanın ən böyük iqtisadiyyatına investorların inamı 19,2 punktdan 3,6 punkta düşüb.

Proqnozlar 17 punkta işarə edirdi.

Cari şərtlər indeksi isə 7,2 bənd artaraq mənfi 84,5 punkta çatıb.

ZEW prezidenti Ahim Vambax açıqlamasında belə deyib:

Ən sərfəli kredit üçün müraciət et

“İqtisadi vəziyyətin sürətli yaxşılaşmasına ümid nəzərəçarpacaq dərəcədə azalır. Avrozona üçün iqtisadi proqnozların geriləməsi ümumilikdə bədbinliyin artdığını göstərsə də, Almaniya üçün gözləntilərin azalması nəzərəçarpacaq dərəcədə böyükdür.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et