Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Ukraynaya yeni sursat satışını təsdiqləyib.
Banco.az xəbər verir ki, ABŞ Dövlət Departamenti Ukraynaya Müştərək Birbaşa Hücum Sursatı (JDAM) dəsti və avadanlıqlarının mümkün satışını təsdiqləyən qərar qəbul edib.
ABŞ Dövlət Departamenti tərəfindən Ukraynaya silah satışı ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamada Ukrayna hökumətinə JDAM dəsti və əlaqəli avadanlıqların mümkün satışına razılıq verildiyi, bu satışın təxmini ümumi dəyərinin 373,6 milyon dollar olduğu bildirilib.
Həmçinin qeyd olunub ki, Ukrayna hökuməti 1200 ədəd “KMU-572 JDAM quyruq dəsti” və 332 ədəd “KMU-556 JDAM quyruq dəsti” almaq üçün müraciət edib, eyni zamanda müxtəlif avadanlıqların və təmir hissələrinin də mümkün satışa daxil ediləcəyi açıqlanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
