ABŞ-dən Azərbaycana pul köçürmələri 16% azalıb | Banco.az

ABŞ-dən Azərbaycana pul köçürmələri 16% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-dən fiziki şəxslər tərəfindən 2024-cü ildə Azərbaycana 64 milyon 984 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2023-cü illə müqayisədə 12% (8 milyon 822 min dollar) azdır. 2023-cü ildə bu məbləğ 73 milyon 806 min dollara bərabər olub. 

Qeyd edək ki, ötən il ABŞ-dən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 6% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram