ABŞ-də işsizlik müavinəti üçün müraciətlər gözləniləndən daha çox artıb | Banco.az

ABŞ-də işsizlik müavinəti üçün müraciətlər gözləniləndən daha çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-də işsizlik müavinəti üçün müraciətlər gözləniləndən daha çox artıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyi işsizlik müavinəti üçün müraciətlərlə bağlı həftəlik statistik məlumatları açıqlayıb.

Məlumata görə, ölkədə ilk dəfə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı iyunun 6-da başa çatan həftədə əvvəlki həftə ilə müqayisədə 4 min nəfər artaraq 229 minə yüksəlib.

Bu göstərici fevral ayının əvvəlindən bəri qeydə alınan ən yüksək səviyyə olub. Bazar iştirakçıları isə müraciətlərin sayının 220 min olacağını proqnozlaşdırırdılar.

Əvvəlki həftə üzrə işsizlik müavinəti müraciətlərinin sayı 225 min səviyyəsində saxlanılıb.

Ötən həftənin nəticələrinə əsasən, son dörd həftə üzrə orta işsizlik müavinəti müraciətlərinin sayı da 4 min 250 nəfər artaraq 219 minə çatıb.

Davam edən işsizlik müavinəti müraciətlərinin sayı isə mayın 30-da başa çatan həftədə 24 min nəfər artaraq 1 milyon 795 minə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram