ABŞ-da özəl sektorda məşğulluq 2025-ci ildən bəri ən böyük artımı qeydə alıb | Banco.az

ABŞ-da özəl sektorda məşğulluq 2025-ci ildən bəri ən böyük artımı qeydə alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektorda məşğulluq 2025-ci ildən bəri ən böyük artımı qeydə alıb.

Banco.az xəbər verir ki, 26 milyondan çox çalışanın əməkhaqqı məlumatları əsasında hesablanan "ADP" özəl sektor məşğulluğu aprel ayında 109 min nəfər artıb. Bu, 2025-ci ilin əvvəlindən bəri qeydə alınan ən böyük artım olub.

“Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların orta proqnozu 120 min artım idi. Əvvəlki ayın məşğulluq göstəricisi isə 61 minə yenidən nəzərdən keçirilib.

İşə qəbulda artımın yarıdan çoxunun səhiyyə xidmətləri və təhsil sahəsindən qaynaqlandığı bildirilib. Ticarət, nəqliyyat və kommunal xidmətlər sektorlarında da məşğulluq artıb. Qeyd olunur ki, tikinti sektorundakı məşğulluq artımı süni intellektə yönələn böyük investisiyaların mərkəzində dayanan məlumat mərkəzlərinin inşasını əks etdirir.

“ADP”nin baş iqtisadçısı Nela Riçardson açıqlamasında bildirib: “Kiçik və böyük müəssisələr işə qəbul həyata keçirir, lakin orta ölçülü müəssisələrdə durğunluq müşahidə edirik.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram