ABŞ-da inflyasiya gözləntiləri 2023-cü ilin sentyabr ayından bəri ən yüksək səviyyədədir | Banco.az

ABŞ-da inflyasiya gözləntiləri 2023-cü ilin sentyabr ayından bəri ən yüksək səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiya gözləntiləri 2023-cü ilin sentyabr ayından bəri ən yüksək səviyyədədir.

Banco.az xəbər verir ki, ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntisi iyun ayında 3,7 faizə yüksələrək 2023-cü ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.

ABŞ Mərkəzi Bankının (FED) Nyu-York filialı iyun ayı üzrə İstehlakçı Gözləntiləri Sorğusunun nəticələrini açıqlayıb.

Təxminən 1300 ev təsərrüfatının iştirak etdiyi sorğunun nəticələrinə əsasən, növbəti 12 ay üzrə median qısamüddətli inflyasiya gözləntisi iyun ayında 0,2 faiz bəndi artaraq 3,7 faizə yüksəlib.

Beləliklə, ABŞ-da istehlakçıların qısamüddətli inflyasiya gözləntisi 2023-cü ilin sentyabr ayından bəri ən yüksək səviyyədə qeydə alınıb.

Ortamüddətli inflyasiya gözləntisi də 0,2 faiz bəndi artaraq 3,3 faizə yüksəlib və bununla da 2022-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb.

Uzunmüddətli inflyasiya gözləntisi isə dəyişməyərək 3 faiz səviyyəsində qalıb.

Gələcək inflyasiya perspektivinə dair qeyri-müəyyənliyi əks etdirən median inflyasiya qeyri-müəyyənliyi göstəricisi isə bütün müddətlər üzrə azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram