Satışlar və müştəri xidmətləri şöbəsinin mütəxəssisi
Satışlar və müştəri xidmətləri şöbəsinin mütəxəssisi
Tələblər:
-
İqtisadiyyat sahəsində ali təhsil;
-
Bank kreditləşməsi sahəsində azı bir illik iş təcrübəsi;
-
Azərbaycan Respublikasının bank qanunvericiliyini bilmək;
-
AR MB-nın kreditləşmə qaydaları;
-
Analitik qabiliyyət, böyük baza məlumatları ilə işləmək bacarığı;
-
Rus və Azərbaycan dillərində sərbəst danışmaq, bu dillərdə rəsmi yazışma aparma bacarığı;
-
Ofis proqramlarını bilmək: Word, Excel, Outlook;
-
Məsuliyyətlilik, ünsiyyətlilik və komandada işləmək bacarığı.
Vəzifələri:
-
Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
-
Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsinin təmin edilməsi;
-
Müştərinin konsultasiyası və onun kredit məhsuluna olan tələbatının təhlili;
-
Müştəri tələbatının kredit məhsullarının parametrlərinə uyğunlaşdırılması;
-
Müştərinin/əməliyyatların ehtimal edilən ümumi gəlirliliyinin müəyyənləşdirilməsi ;
-
Öz kredit portfelinin monitorinqi, problemli borcla ilkin iş;
-
Əmanət, cari hesab, plastik kart və s. müqavilələrinin rəsmiləşdirilməsi;
-
Bank məhsulların satışlarının stimullaşdırılması üzrə marketinq proqramlarının aparılmasında iştirak.
Tələblərə uyğun namizədlərdən Anket formasını yükləyib hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).