Son istifadəçilərə dəstək şöbəsinin İnfrastruktur və Biznes sistemləri istiqamətinin Mütəxəssisi | Banco.az
PAŞA Bank

Son istifadəçilərə dəstək şöbəsinin İnfrastruktur və Biznes sistemləri istiqamətinin Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Service Desk vasitəsi ilə qeydiyyata alınan bütün sorğuları vaxtında cavablandırmaq və həll etmək;
  • Telefon vasitəsilə texniki dəstək mərkəzinə daxil olan bütün iş ilə bağlı sorğuların qeydiyyatını aparmaq;
  • Əməkdaşlara verilən bütün İT avadanlıqlarının qeydiyyatını aparmaq;
  • Mərkəzi texniki dəstək sorğu sistemi tərəfindən daxil olan iş ilə əlaqəli sorğulara baxılmasını prioritetləşdirmək;
  • Service Desk vasitəsi ilə qeydiyyata alınan, lakin Son istifadəçilərə Dəstək qrupuna aid olmayan sorğuları vaxtında Help Desk qrupuna yönəltmək;
  • Texniki dəstək sistemindən səmərəli və düzgün istifadəni təmin etmək üçün müştərilərə məsləhət vermək.

 

Tələblər

- Təhsil: İnformasiya texnologiyaları və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;

- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; 

- Xarici dil (arzuolunan): İngilis dili, Rus dili;

- Kompüter bilikləri: Microsoft OS və Office;

- Məhsul biliyi: Texniki dəstək sistemi;

- Bazar biliyi: İnzibati / texniki dəstək üzrə təcrübə;

- Digər: Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları, iş yoldaşları ilə effektiv işgüzar münasibət yaratmaq bacarığı.

 

Müraciət üçün daxil olun