Unibank
Dayanıqlılıq üzrə kiçik mütəxəssis/mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Dayanıqlılıq hesabatı üçün məlumatların toplanması və təhlilində iştirak etmək;
- Dayanıqlılıq təşəbbüslərinin icrası və koordinasiyasına dəstək vermək;
- Yerli və beynəlxalq dayanıqlılıq trendləri üzrə araşdırmalar aparmaq;
- Daxili və xarici maraqlı tərəflərlə ESG əlaqələrini dəstəkləmək;
- Əhəmiyyətlilik və təsir qiymətləndirmələrində iştirak etmək;
- Dayanıqlılıqla bağlı təqdimat və kommunikasiya materialları hazırlamaq;
- ESG risklərinin və prudensial/normativ uyğunluğun izlənməsinə dəstək göstərmək;
- Dayanıqlılıqla bağlı tədbir və təlimlərdə iştirak etmək;
- ESG sahəsində bilikləri artırmaq və komanda daxilində öyrənməyə töhfə vermək.
Tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə, dayanıqlı maliyyə və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi);
- ESG, dayanıqlılıq və ya korporativ sosial məsuliyyət sahələrinə maraq və əsas anlayışlara ilkin səviyyədə bələd olmaq;
- Tədqiqat aparmaq, məlumat toplamaq və təhlil etmək bacarığı;
- MS Office proqramları ilə işləmək bacarığı (xüsusilə Excel və PowerPoint);
- İngilis dili üzrə yaxşı səviyyədə bilik (hesabatlar və beynəlxalq materiallarla işləmək üçün);
- Məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq olmaq;
- Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Komanda ilə işləmək və çoxşaxəli layihələrdə dəstək göstərmək istəyi;
- ESG/ dayanıqlılıq üzrə sertifikasiyaya sahib olmaq üstünlükdür.
Müraciət üçün daxil olun