Xalid Əhədov Beynəlxalq Bankın İdarə Heyətində!- Rəsmi! | Banco.az

Xalid Əhədov Beynəlxalq Bankın İdarə Heyətində!- Rəsmi!

Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Xatırladaq ki, X.Əhədov bank sahəsində 1999-cu ildən çalışır. O, “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub. Son təyinata qədər “Azər-TürkBank” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini icra edib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanına uyğun olaraqAzərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir, Bankın bütün filial və şöbələri öz fəaliyyətini normal qaydada həyata keçirir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et