UNİBANK-dan SİZƏ MESAJ VAR | Banco.az

UNİBANK-dan SİZƏ MESAJ VAR

UnibankAzərbaycan  bank bazarı üçün bir yeniliyə imza atıb. Müştərilərə xidmət səviyyəsini daim yaxşılaşdırmağı qarşısına məqsəd qoyan Unibank,  ölkə bank bazarında ilk dəfə olaraq yeni kommunikasiya kanalından istifadə etməyə başlayıb. Layihə bank müştərilərinə səsli mesajların çatdırılmasını nəzərdə tutur. Səsli mesajlarla müştərilərə onların kredit ödənişi tarixi, ödəniş kanalları, digər xidmət və məhsullar haqda məlumat verilir.

 

Unibank  33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarinda, hesab.az saytında, Unibankın cash-in öəniş terminallarında və unibank.az saytında  vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)  və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az)  əldə etmək olar.

Unibank – hər kəsin bankı.