2 avqust - Milli Kino Günü münasibətilə TuranBank kino işçiləri üçün endirimli kredit kampaniyasına başlayır. Kampaniya çərçivəsində TuranBank istehlak kreditlərinin illik faiz dərəcəsini 2% endirir. Avqustun 2,5 və 6-sı tarixlərində adı çəkilən peşə sahibləri iş yerlərindən arayış təqdim etməklə TuranBankın istənilən filialında istehlak kreditlərini 2%-lik endirimlə əldə edə bilərlər.
Kino işçiləri üçün kredit faizlərində endirim TuranBankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqda daha ətraflı məlumatı Bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.