TBC Kredit Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə müqavilə imzaladı. | Banco.az

TBC Kredit Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə müqavilə imzaladı.

21 iyunda Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİ) tərəfindən Bakıda təşkil olunmuş biznes forumda TBC Kredit və QDTİ arasında rəsmi kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən TBC Kreditə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün 4 mln.dollar ayrılmışdır.

 

TBC Kredit qətiyyətlə öz partnyor bazasını genişləndirir. Keçən il şirkət beynəlxalq maliyyə institutlarından ümumi məbləği 8.5 mln.dollar təşkil edən bir neçə kredit əldə etmişdir ki, onların sırasında MicroVest, responsAbility Social Investments AG və Triple Jump var. Həmçinin TBC Kredit uzun müddət ərzində OPIC (Overseas Private Investment Corporation, USA) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə müvəffəqiyyətlə əməkdaşlıq edir.

Ən sərfəli kredit üçün müraciət et

 

TBC Kreditin rəhbərliyi əmindir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq uzunmüddətli və səmərəli olacaqdır.

 

TBC Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci  ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan TBC Bank-a (Gürcüstan), 25%-i isə ShoreBank International Ltd (ABŞ) şirkətinə məxsusdur.