SOCAR İstiqrazları sahiblərinə daha 1,25 milyon dollar ödəniləcək | Banco.az

SOCAR İstiqrazları sahiblərinə daha 1,25 milyon dollar ödəniləcək

SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.

«SOCAR Capital» şirkətinin məlumatına görə, istiqrazlar üzrə növbəti faizlər iyulun 17-də ödəniləcək. Həmin tarixdə istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar gəlir əldə edəcək. Ümumilikdə, istiqraz sahiblərinə 1 milyon 250 min dollar ödəniləcək.

Qeyd edək ki, bu, SOCAR İstiqrazları üzrə sayca 3-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvarın və aprelin 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 2,5 milyon dollar qazanıblar.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan və  faizləri hər 3 aydan bir ödənilən

SOCAR İstiqrazlarının illik gəlirliliyi 5%-dir. Ümumilikdə istiqraz sahiblərinə ildə 5 milyon dollar ödənilir.

Ən sərfəli kredit üçün müraciət et

İstiqrazlar dollarla satıldığına görə, bütün faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürülürəcək. və onlar bu pulları istədikləri kimi istifadə edə bilirlər.

SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında, əhali tərəfindən ən çox alınan qiymətli kağız sayılır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyinin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti dəyəri nominal qiymət olan min dollardan heç vaxt aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür.  Bu xüsusiyyətinə görə artıq özəl şirkətlər də vəsaitlərini SOCAR istiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999  qaynar xəttinə müraciət etmək lazımdır.