14 fevral Sevgililər günü ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün “Sevgi dolu kampaniya” elan edir. Fevral ayının 13-dən 15-dək Bolkart sahibləri kartları ilə hər hansı məhsulu alıb, onun dəyərini 14 ayadək ödəmək imkanı qazanır.
Beləliklə, Bolkart sahibi 3, 6 və ya 12 ay ödənişli mağazada cari il 13-15 fevral tarixlərində alış-veriş edəcəyi təqdirdə əlavə 2 ay hədiyyə qazanaraq, malın dəyərini 5, 8 və 14 aya bölüb ödəmək imkanını əldə edəcək.
Bu kampaniya yalnız 1 aylıq ödəmə müddətli mağazalara şamil edilmir.