Rabitəbank ASC -nin Visa Gold plastik kart istifadəçiləri 30 aprel – 31 iyul 2016-cı il tarixinədək keçirilən “Arzularınızın səyahətini qazanın” adlı stimullaşdırıcı lotereyada dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər!
Belə ki, stimullaşdırıcı lotereyada iştirak etməklə Siz hər biri 6350 AZN olmaqla 6 səyahət vauçeri və Sabina Perfumery&Cosmetics mağazalar şəbəkəsində hər biri 50 AZN olan 120 vauçerdən birini əldə etmək şansını qazanacaqsınız.
Lotereyaya qoşulmaq isə çox asandır: Visa Gold bank kartları ilə Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 AZN məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla lotereyanın iştirakçısına çevrilirsiniz.
Bunun üçün sadəcə POS-terminal vasitəsi ilə etdiyiniz ödənişin qəbzini özünüzdə saxlayır və bu ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd edirsiniz.
Lotereyanın şərtləri haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.
http://www.visa.com.az/az/ru-az/personal/promotions/pdf/visapremium-rules-az.PDF
Xatırladaq ki, Rabitəbankın Visa Gold kart sahibləri Mobil/İnternet-Bankçılıq və Pin-Dəyişmə xidmətlərindən pulsuz yararlana bilərlər.
Visa Gold bank kartına minimal mədaxil etdikdə, kart müştəriyə pulsuz təqdim olunur.
Rabitəbankın plastik kartlar haqqında ətraflı məlumatı aşağıda göstərilən linkdən əldə edə bilərsiniz.
http://www.rabitabank.com/az/private_clients/plastic_cards/Visa_Gold
Fəaliyyət göstərdiyi 22 il ərzində Rabitəbank ASC ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən ibarət filial şəbəkəsini yaradıb. Onlardan 7 – si Bakı şəhərində,17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcəbədi şəhərlərində fəaliyyət göstərməktədir.
Rabitəbank bütün müştərilərinə uğurlar arzulayır!