Müştəri məmnuniyyətini daim üstün tutan Rabitəbank 1 aprel 2016 – ci il tarixindən etibarən bütün MasterCard Gold, Visa Gold və MasterCard Platinum kartlarını əldə edən müştərilərinə yeni kampaniya təklif edir.
Belə ki, MasterCard Gold və Visa Gold sahibləri – Mobil-Bankçılıq və Pin-Dəyişmə xidmətləri , MasterCard Platinum sahibləri isə – Mobil-Bankçılıq, Pin-Dəyişmə və SMS Nəzarət xidmətlərindən pulsuz faydalana bilərlər.
Kampaniya 2016 - cı ilin sonuna kimi davam edəcək.
Qeyd edək ki, kampaniya yalnız 1 Aprel tarixindən etibarən əldə olunan kartlara şamil olunur.
Hazırda "Rabitabank ASC" -in 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Onlardan 7 – si Bakı şəhərində,16-sı isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. Eləcədə Rabitəbank Bakıda və regionlarda öz bankomat şəbəkəsini genişləndirməkdə davam edir. Hal-hazırda Rabitəbank 53 bankomatdan ibarət şəbəkəyə malikdir.