PayKart Kredit taksit layihəsinin partnyorları sırasına Adidas, Nine West, Lui-Jo, Carolina Herrare, Network Fabrika, Coast və bu kimi geyim brendləri, həmçinin qeyri-adi və orijinal hədiyyələr təqdim edən Expedition mağazası, Yabanstore idman və turizm malları mağazası Euromed Ozəl Tibb mərkəzi əlavə olundu.
Bu brendlərin mağazalarında PayKart Kredit kartı ilə alış-veriş edib, ümumi məbləği 3, 6 hətta 12 aya bölməklə bərabər hissələrlə həmçinin faizsiz ödəyə bilərlər.
PayKart Kredit kartını Bank Respublika-nın bütün ofislərində və yaxud www.paykart.az səhifəsində şəxsiyyət vəsiqəsi və elektron arayışla sifariş edə bilərsiniz. Kredit xətti manatla təklif olunur.
Paykart Kredit kartı alış-veriş zamanı hissə-hissə ödəniş etmək və zərurət yarandığı hallarda nağd pul vəsaitini əldə etmək imkanlarını yaradan, bərpa olunan kredit xəttli bank kartıdır.
MasterCard ödəniş sisteminin bazasında yaradılan bu kart, həmçinin xaricdə dünyanın 200-dən artıq ölkəsində kreditlə alış-veriş imkanı verir.