PAŞA Bank ödəniş kartları ilə bağlı saxtakarlığın qarşısını almaq üçün yeni sistem tətbiq edir | Banco.az

PAŞA Bank ödəniş kartları ilə bağlı saxtakarlığın qarşısını almaq üçün yeni sistem tətbiq edir

PAŞA Bank "Tieto" şirkətinin inkişaf etdirdiyi "Card Suite Fraud Management" sistemini müvəffəqiyyətlə tətbiq etmişdir.

Bu sistemin köməyi ilə PAŞA Bank saxtakarlığın qarşısını almaqla və saxtakarlıq hallarını aşkara çıxarmaqla, öz müştəriləri üçün təhlükəsizliyi və sabitliyi daha da gücləndirtmək niyyətindədir.  "Biz başa düşürük ki, PAŞA Bankın qazanmaq niyyətində olduğu müştəri qrupu fərdi yanaşma və maliyyə vəsaitlərinin daha yüksək səviyyədə qorunmasını tələb edir. "Tieto" şirkətinin inkişaf etdirdiyi "Fraud Management" (Tərcümədə "Saxta əməliyyatların qarşısının alınması") adlanan yeni sistemin köməyi ilə indi biz kartlarımızın sahiblərini daha yüksək səviyyəli təhlükəsizliklə təmin etməyə və kartlarla bağlı saxtakarlıq hallarını minimuma endirməyə qadirik" - deyə PAŞA Bankın Dayrekt Bankinq Departamentinin Direktoru Leyla Məmmədova bildirmişdir.

Ən sərfəli kredit üçün müraciət et

 "Tieto"nun "Card Suite Fraud Management" sistemi saxtakarlıq hallarının monitorinqi üçün mütərəqqi bir instrumentdir. Sistem iki əsas hissədən ibarətdir: bunlardan biri ödəniş kartlarında saxtakarlığın qarşısının alınması və saxtakarlığa məruz qalmış əməliyyatların aşkara çıxarılmasını və təhlilini təmin edir, digəri isə saxtakarlıq hallarının qarşısının real zamanda alınmasını təmin edir ki, bu da saxtakarlıq hallarını baş verməzdən əvvəl qarşısını alır.

PAŞA Bank 2009-cu ildən etibarən "Tieto"-nun "Card Suite" platformasını müvəffəqiyyətlə tətbiq edir. Bank daha da inkişaf etdikcə və yeni müştərilərin sayı artdıqca məqsədyönlü və daha təkmil alətə olan tələbat artmışdır.