“Bank of Baku” Azərbaycan sahibkarlığına dəstək məqsədilə “Start UP” biznes kreditləri layihəsini elan edir. Bu kredit məhsulundan öz biznes fəaliyyətini qurmaq niyyətində olan Azərbaycan vətəndaşları faydalana bilər. Kreditin maksimal məbləği 15.000 ABŞ dollarıdır, müddəti isə 24 aya qədərdir.
“Start UP” biznes krediti almaq üçün müştəri banka müvafiq ərizə ilə müraciət edərək cəmi iki sənəd təqdim etməlidir: şəxsiyyət vəsiqəsi və biznes plan. Biznes plan bank tərəfindən təqdim edilən nümunə əsasında tərtib edilir və biznesin mənfəət/zərərinə dair proqnozu, layihənin təsvirini və müştərinin gəlirlərini əks etdirir.
“Start UP” layihəsi ilə əlaqədar “Bank of Baku”-nun Sədr Müavini Natiq Nurəliyev qeyd edib ki, start götürən bu layihə əslində Azərbaycan üçün unikal bir bank məhsuludur. “Bu kredit məhsulunun fərqli cəhəti ondan ibarətdir ki, adətən banklar Startup, yəni başlanğıc bisnes layihələrini maliyyələşdirməkdən çəkinirlər. “Bank of Baku” isə öz müştərilərinə bu imkanı yaradır. Belə ki, müəyyən gəliri olan , düşünülmüş bisnes ideyaya malik olan, lakin onun reallaşması üçün kifayət qədər vəsaiti olmayan şəxslər bu imkandan yararlana bilər. Bu növ layihələrin dəyərinin 80%-dək maliyyələşdirməyə hazırıq. Bunun üçün yalnız sadə biznes planın olması kifayətdir. Qeyd edim ki, bu növ biznes planların hazırlanmasında bank əməkdaşları yardımçı ola bilərlər”.
Müştərinin ünvanına və fəaliyyəti planlaşdırılan biznes obyektinə baxış keçiriləndən sonra müştəriyə kredit sənədləşdirilir.