"AtaBank" ASC öz rəsmi Instagram səhifəsində “Novruz sevincinizi “AtaBank” ilə yaşayın!” şüarı altında hədiyyəli kampaniyaya start verir. Instagram sosial şəbəkəsində “AtaBank” ASC-nin səhifəsinə abunə olaraq (follow) Novruz bayramı və sevinci mövzusunda şəkilləri açıq və #atabanklanovruz haştəqi ilə yerləşdirən istifadəçilər arasında qalib seçiləcək.
Bir ay ərzində davam edəcək müsabiqədə bir qalib müəyyən ediləcək və qalibin adı 29 mart 2015-ci il tarixində elan olunacaq. Hər zaman bir addım öndə və hər addımında yenilik etməyi özünə hədəf qoyan “AtaBank” ASC qalibi innovativlik və müasirlik nümunəsi olan iPhone 6 smartfonu ilə mükafatlandıracaq.
Müsabiqənin şərtləri isə cox asandır. Şərtlərlə tanış olmaq və müsabiqədə iştirak etmək üçün sadəcə aşağıdakı keçidə daxil olmaq kifayətdir:
http://i.instagram.com/atabank_asc/