NIKOIL | Bank-ın Visa Gold və Visa Platinum premium növlü plastik kart sahiblərinə şad xəbər! Yuxarıda qeyd olunmuş kartlar vasitəsilə 50 AZN-dən yuxarı nağdsız ödəniş etdiyikdə, hər müştəri stimullaşdırıcı lotereyada iştirak etmək şansını qazanacaq.
Lotereyada 6 ədəd, hər biri 6350 AZN dəyərində olan səyahət paketləri və 120 ədəd Azərbaycanda fəaliyyət göstərən tanınmış parfumeriya mağazaları şəbəkələrindən hədiyyə kuponları oynanılacaqdır. Lotereyada iştirak etmək üçün aksiya müddəti ərzində plastik kartınızı və etdiyiniz bütün ödənişləri www.visa.com.az saytında qeydə almağınız zəruridir. Yay tətilləri tezliklə başlayacaqdır, “Arzularınızın səyahətini” qazanmaq şansını əldən qaçırmayın!
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL | Bank -ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil