4Service beynəlxalq araşdırma şirkəti bütün qarşılıqlı əlaqə kanallarında göstərilən xidmətin tam mənzərəsini əldə etmək məqsədi ilə Bankın Puşkin küçəsi, 30 ünvanında yerləşən Baş ofisi də daxil olmaqla, NIKOIL Bankın filial şəbəkəsində müştərilərə xidmət göstərilməsi keyfiyyətinin qiymətləndirilməsini həyata keçirmişdir. “Gizli alıcıların” tapşırıqlarının spektri: müştərinin qarşılanması, salamlanması, onunla ünsiyyətin qurulması, müştərinin tələbat və prioritetlərinin müəyyən edilməsi, etirazlarla və mübahisəli vəziyyətlərlə iş, müştəri ilə dialoqun sona çatdırılmasından kassirin işinə, işçi heyətinin xarici görünüşü və davranışına qədər kifayət qədər geniş sahələri əhatəli etmişdir. Monitorinqin birinci mərhələsinin nəticələrinə görə NIKOIL Bank şəbəkəsinin ümumi indeksi 100 mümkün baldan 74,06 bal təşkil edir ki, bu da “Kafi” kateqoriyasına müvafiqdir. Bu, NIKOIL Bankın doğru xidmət strategiyasını göstərir və “əla” göstəricisinə nail olmaq üçün yüksək potensialın olduğunu nümayiş etdirir.
«Mystery shopping» proqramının nəticələrinin ətraflı təhlili NIKOIL Bank inkişaf etdirilməsi sahəsində göstərilən xidmətin nəticələrinin yüksəldilməsinin təmin edilməsi üzrə səylərin cəmləşdirilməli olduğu minimum problemli məqamları və zonalarını aşkar etməyə imkan vermişdir. Müştərini dəvət etmək –bu, hələ onu qoruyub saxlamaq demək deyil, ona görə də müştərilərin sədaqəti - NİKOYL Bank uçun ən əsas kapitaldır.
4Service Group – Customer Experience beynəlxalq araşdırma şirkəti «Mystery shopping» xidmətinin aparıcı provayderidir. Bütün qarşılıqlı əlaqə səviyyələrində xidmətin keyfiyyətinin marketinq araşdırmaları və müştəri təcrübəsinin yaxşılaşdırılması üzrə ixtisaslaşmışdır. 4Service Group 2001-ci ildən xidmət məsələləri ilə peşəkar səviyyədə məşğul olur. 52 Şərqi və Mərkəzi Avropa, Balkan, Zaqafqaziya və Orta Asiya ölkəsində 300,000-dən çox gizli alıcıları var. 400-dən çox müştəri-tərəfdaşa və müxtəlif seqmentdən ən yaxşı təcrübənin sintezinə malikdir. Şirkət 2005-ci ildən MSPA «Mystery shopping» aparıcı beynəlxalq peşəkar provayderlər assosiasiyasının üzvüdür. 4Service Group-n bütün layihələri MSPA Europe-n keyfiyyət standartları və etik prinsiplərinə cavab verir.
Bu gün NİKOYL Bank - hesablaşma, kredit, ödəniş, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatları özündə ehtiva edərək, mili və xarici valyutalarda həyata keçirilən tam xidmətlər paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı şəhərində və Azərbaycanın regionlarında yerləşən 21 satış nöqtəsinə malikdir. Sosial şəbəkədə bankın rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil.