NIKOIL | Bank ikinci lotereya tirajını keçirdi! | Banco.az

NIKOIL | Bank ikinci lotereya tirajını keçirdi!

10 avqust tarixində “NİKOYL”  Bankın Bakı şəhəri Puşkin küçəsi 30 ünvanında yerləşən Baş Ofisində “NİKOYL| Səyahət” əmanət aksiyası çərçivəsində iyul ayının yekunlarına görə ikinci lotereya tirajı keçirilmişdir.  Növbəti beş əmanətçimiz 1000 AZN dəyərində, cari ilin sonunadək etibarlı olan səyahət kuponu əldə etmişdir. Növbəti lotereya tirajı yuxarıda qeyd olunan ünvanda 10 sentyabr tarixində keçiriləcəkdir və əmanətçilərimiz yenidən 5 ədəd səyahət kuponu əldə etmək imkanı qazanacaqdırlar.

Nəzərinizə çatdırmaq istəyirik ki, aksiyada 2 iyun – 31 avqust tarixləri arasında əmanət yerləşdirən və aksiya müddəti ərzində bankda olan əmanətinin müddətini uzadan bütün əmanətçilər iştirak edə bilərlər. Müştərilər əmanətlərini 16%-dək illik faiz dərəcəsi ilə, 1000 AZN/USD/EUR-dan az olmayaraq, 3 aydan 60 ayadək müddətə yerləşdirə bilərlər.

Müştərilər hər biri 1 000 AZN dəyərində olan son 5 səyahət kuponu oynanılan lotereyada iştirak hüququ qazanacaqlar

Qeyd etmək istərdik ki, lotereyada bankın mövcud əmanətçiləri iştirak etmək hüququ əldə edir. Bunun üçün aksiya müddəti ərzində Bankda olan mövcud əmanətin müddətini 50%-dək artırmaq tələb olunur.

Bu gün "NİKOYL" İKB  əhaliyə milli və xarici valyutada  həyata keçirilən  hesablaşma,  kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir.“NIKOIL Bank”ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az rəsmi internet səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil

 

 

 

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı:https://www.facebook.com/bank.nikoil