Nikoil Bank əməkdaşları 20 Yanvar faciəsini bir dəqiqəlik sükutla andılar | Banco.az

Nikoil Bank əməkdaşları 20 Yanvar faciəsini bir dəqiqəlik sükutla andılar

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevın sərəncamına əsasən “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünnün keçirilməsi ilə bağlı “Tədbirlər planı” təsdiq edilmişdir.

Sərəncama əsasən respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, diaspor qurumları və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Qeyd olunan sərəncamın icrasi ilə əlaqədar “Nikoil Bank” ASC tərəfindən Tədbirlər planı hazırlanmışdır və İdarə Heyətinin  Sədri tərəfindən müvafiq tapşırıq  verilmişdir. Tapşırığın İcrasından irəli gələn işlər üzrə 19.01.2016-cı il tarixində Bankın Baş Ofisində İdarə Heyətinin   üzvləri və diqər rəhbər şəxslərin iştirakı ilə toplantı keçirilmişdir.  Həmin tədbirdə 20 yanvar faciəsində  həlak olmuş şəxslərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Baş vermiş qanlı hadisənin xronolojı ardıcılığı, 19-20-ə keçən gecə  Azərbaycanın azadlığı naminə şəhid olmuş şəxslərin,  həmçinin  həmin hadisənin ətraflı müzakirəsiİdarə Heyəti sədrinin müavini Emil Məmmədov çıxışında öz əksini tapmışdır. Çıxışda bundan əlavə, özünə və ailəsinə qarşı yaranan təhlükədən qorxmadan, məhz xalqının yanında olduğunu və ona dayaq olduğunu bir daha sübut edən Ümumilli lider H.Əliyevin Moskvada bu istiqamətdə apardlğı siayası iradə barədə əməkdaşlara məlumat verilmişdir. Bundan başqa ölkə rəhbəri cənab İlham Əliyev  bu sahədə apardığı daxili və xaricı  siyasət barədə əməkdaşları məlumatlandırdı. Toplantı açıq müzakirə şəklində keçirilmişdir, diqər əməkdaşların çixışlarıdinlənilmişdir və yekdil olaraq ölkə rəhbərinin bu sahədə siyasətı dəstəkləndiyini bildirilmişdir. Toplantının  yekununda hər il olduğu kimi, 20 yanvar 2016-ci il tarixində şəhidlər xiyabana ziyarət olunması qərara alınmışdır. Allah şəhidlərimizə rəhmət eləsin.

Ən sərfəli kredit üçün müraciət et