Kapital Bank və Visa şirkəti MDB və Cənubi Şərqi Avropada ilk dəfə olaraq, debet və kredit kart funksiyalarını özündə birləşdirən Dual Card məhsulunu təqdim edib. Yeni kartın çipində hər iki kartın nömrələri yazılıb ki, bu da kartdan həm kredit, həm də debet kart olaraq istifadə etmək imkanı yaradır. Kartların valyuta hesabları da müxtəlif ola bilər.
“Azərbaycan regionda bizim bu innovativ məhsulu buraxan ilk ölkədir. Ümid edirəm ki, istehlakçılar yeni məhsulun üstünlüklərini dəyərləndirəcəklər. Azərbaycanda bütün növ elektron ödəmələrin inkişafına müsbət təsir göstərəcək. Biz Azərbaycan iqtisadiyyatında nağdsız ödəniş formasının genişləndirilməsi ilə bağlı müasir ödəmə həllini yaratmaq üçün tərəfdaşlarımızla, dövlət orqanları və icra orqanları ilə bundan sonra da əməkdaşlıq etmək niyyətindəyik”, - deyə, Visa-nınAzərbaycan, Belarus və Moldova üzrə regional meneceri İqorKovalyov bildirib.
“Kapital Bank ölkənin ən böyük banklarından biri olmaqla 90 filial və 2 şöbədən ibarət iri xidmət şəbəkəsinə malikdir. Bir sıra beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Kapital Bank, 2003-cü ildən etibarən Visa International beynəlxalq ödəniş sisteminin üzvüdür. Kart məhsullarının təqdimatında və aksiyalarda Visa ilə sıx əməkdaşlıq edirik. Əminəm ki, bu layihə də Kapital Bank-a uğur gətirəcək” - deyə, Kapital Bank-ın Satış kanalları departamentinin direktoru Vüsal Nağıyev bildirib.
Visa kartlarını Kapital Bank filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Kapital Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.