Kapital Bank talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi | Banco.az

Kapital Bank talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirdi

Kapital Bank Korporativ Sosial Məsuliyyət layihələrindən daha birini həyata keçirib.

Bu dəfə Bankın əməkdaşları talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyasında iştirak ediblər. Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyi ilə birgə təşkil olunan aksiyaya Bankın baş ofisindən 100-ə yaxın əməkdaşı qatılıb.

“Bu aksiyalar mütəmadi olaraq həyata keçirilir. Körpələrimizin sağlam gələcəyi naminə belə sosial tədbirlərin keçirilməsini vacib hesab edirik. Talassemiyalı körpələrin qana olan ehtiyaclarını ödəmək üçün aksiyanın gələcəkdə də keçirilməsi nəzərdə tutulur”, - deyə Kapital Bankın şöbə rəisi Günel Fərzəliyeva bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda ən geniş filial şəbəkəsinə malik Kapital Bank ötən illərdə olduğu kimi, bu il də öz  ənənəsinə sadiq qalıb. Kapital Bank ailəsi gələcəyimiz olan körpələri yaddan çıxarmamağa, hər kəsi belə xeyirxah aksiyaya qoşulmağa və uşaqlara yardım etməyə çağırır.