Müştərilərə xidmət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə Kapital Bankın filiallarında iş rejimi dəyişdirilib. Bankın filialları bu həftədən etibarən şənbə günlərində də işləyəcək.
Bundan sonra müştərilər şənbə günlərində də Kapital Bankın xidmət məntəqələrində aşağıdakı xidmət və məhsullardan istifadə edə bilərlər:
-Kommunal ödənişlərin qəbulu;
-Təcili pul köçürmələri;
-Mobil rabitə xidmətləri üzrə ödənişlərin qəbulu;
-Dövlət rüsumlarının ödənişi;
-Gündəlik tələbat kreditlərinin verilməsi;
-Nağd pul kreditlərinin verilməsi;
-Kreditlər üzrə ödənişlərin qəbulu;
-Əmanətlərin qəbulu.
Şənbə günlərində Kapital Bankın xidmət məntəqələrinin iş qrafiki fasiləsiz olaraq saat 10.00-dan 14.00-a qədər müəyyən edilib. Kapital Bank 89 filialı və 11 şöbəsi ilə Azərbaycanda ən böyük şəbəkəyə malik bankdır. Gələn il 140 illiyini qeyd edəcək Bank istər pərakəndə, istərsə də korporativ sahədə geniş məhsul və xidmətlərini təqdim edir.