Kapital Bank Novruz bayramı münasibətilə nağd pul kreditləri üzrə endirim kampaniyası elan edib. 11 mart tarixindən 15 aprel tarixinə qədər nağd pul krediti almaq üçün Kapital Banka müraciət edən müştərilər indi 36 ayadək müddətə, maksimim 10.000 manata qədər kredit ala biləcəklər. Üstəlik, kampaniya çərçivəsində onlara kreditlərin illik faiz dərəcəsində də 4 faiz endirim ediləcək.
Kapital Bank nağd pul kreditlərini ilkin mərhələdə özünün maaş və pensiya kart sahibləri üçün düşünüb. Kreditlər zaminsiz, girovsuz və iş yerindən arayış təqdim olunmadan verilir. Kreditlərin aylıq ödənilməsi də çox rahatdır. Ödənişləri Bankın filial və şöbələri ilə bərabər, Banka gəlmədən www.kapitalbank.az internet saytı vasitəsilə online rejimdə və MilliÖN şəbəkəsi vasitəsilə də də həyata keçirmək mümkündür.
Müştərilər bu sərfəli krediti Kapital Bankın filiallarında həftəiçi hər gün saat 9:00-dan 17:00-a qədər, şənbə günləri isə 10:00-dan 14:00-a qədər ala bilərlər. Əlavə olaraq, digər banklarda aktiv öhdəliyi olan müştərilərə də kredit verilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 11 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Sorğu Mərkəzinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.