“Kаpitаl Bаnk” ASC istehlak kreditləşməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Bir müddət əvvəl bazara təqdim olunan “Gündəlik tələbat kreditləri” növü üzrə əməliyyat prosedurları xeyli sadələşdirilib. Fiziki şəxslərə nağd pul formasında verilən bu krediti almaq indi daha da asan olub. 07.08.2013-cü il tarixində bir iş günü ərzində Kapital Bankın filiallarında 487 nəfər borcalana ümumilikdə 1 061 140 manat məbləğində kredit verilib.
Hazırda bu növ kreditlər 24 ay müddətinədək, maksimal 5,000 AZN olmaqla, illik 24%-lə verilir. Krediti almaqdan ötrü yalnız şəxsiyyət vəsiqəsi kifayətdir. Pensiyaçılar istisna olmaqla digər borcalanlardan zamin tələb edilmir. Kredit cəmi 1 gün ərzində rəsmiləşdirilərək verilir.
Bu barədə daha ətraflı məlumatı Kapital Bankın saytından və 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.