Kapital Bank Sumqayıt şəhərində 10-12 yaşlı uşaqlar arasında keçiriləcək"Futbol və Sağlam Həyat" layihəsinin rəsmi tərəfdaşıdır. Layihə çərçivəsində Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 orta məktəb üzrə 500-dən artıq şagird iştirak edəcək.
Tədbirin açılış mərasimində veteran futbolçular, millət vəkili, ictimai xadimlərvə digər rəsmi qonaqlar iştirak edirdi. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.
Qeyd edək ki, layihəKapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB, "Sumqayıt" Futbol Klubununvə PAŞA Həyat Sığorta şirkətinin təşkilatçılığı ilə keçirilir.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.