Expressbank yeni “Əlavə Fürsət” əmanət məhsulunu təklif edir.
Expressbank-ın yeni “Əlavə Fürsət” əmanət məhsulu - əmanət üzrə faizləri öncədən götürmək istəyən müştərilər üçün nəzərdə tutulmuş xidmət növüdür. Belə ki, yeni əmanət növü üzrə 1 illik 12% qazanc şərtləri ilə əmanət açan müştərilər illik gəlirlərini aybaay və ya müddətin sonunda deyil, əmanətin açıldığı gün götürə bilirlər.Müştərilər gəlirlərini öncədən götürməklə həmin vəsaiti hər hansı digər ehtiyaclarının ödənilməsinə yönəldə və ya bank əməkdaşlarının konsultasiyası əsasında gəlirlərini artıra biləcək digər bank məhsullarına yatıra bilərlər.
Amma yeni əmanət məhsulunun üstünlükləri bununla bitmir. Expressbank“Əlavə Fürsət” əmanəti üzrəmüştərilərinə pulsuz plastik kart təqdim edir, əmanət əsasında kredit götürmək imkanı da yaradır. Depozit Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
Expressbank-lagəlirlərindən də gəlir qazanmaq istəyən müştərilər bu barədə daha ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərlər.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Bərdə, Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək ATM-i, 7000-dək POS terminalı və 400-dən artıq ExpressPay ödəniş terminalı xidmət göstərir.
Expressbank-ın “Əlavə fürsət” əmanəti ilə gəlirinizdən gəlir qazanın.