“FİTCH RATİNGS” UNİBANKın REYTİNQİNİ ARTIRIB | Banco.az

“FİTCH RATİNGS” UNİBANKın REYTİNQİNİ ARTIRIB

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi  bu günlərdə  “Unibank” KB ASC-nin uzunmüddətli reytinqini   B  «stabil» səviyyəsindən  B «pozitiv»ə yüksəldib,

Bu zaman emitentin defoltu üzrə qısamüddətli reytinq agentlik tərəfindən “B” səviyyəsində təsdiq edilib, dəstəkləmə reytinqi “5” kimi göstərilib, dayanaqlıq reytinqi “b” səviyyəsində təsdiqlənib.

“Fitch” mütəxəssislərinin fikrincə, reytinqin yüksəldilməsi bankın stabil kredit göstəricisi ilə bağlıdır. Adekvat kapitallaşma saxlamaq imkanında olmasıyla yanaşı,Unibankın kreditləşmədə iştirakı hazırda geniş iqtisadiyyatı əhatə edir. “Fitch” nümayəndələrinin açıqlamasına görə, uzunmüddətli reytinqin  yüksəldilməsi bankın pərakəndə və  mikro-kreditləş- məni  surətləndirilməsində  böyük rol oynaması ilə də bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Fitch Ratings” agentliyi Unibankın reytinqini yüksəldən zaman, kredit portfelin artımını, yüksələn gəlirliyi, korporativ idarəetmədə müsbət təcrübəsini və  daha çox şəffaflıq nümayiş etdirməsini əsas götürmüşdü.

Ətraflı məlumatı 117 nömrəli telefondan  əldə etmək olar.

Unibank-hər kəsin bankı