“Fitch Ratings” agentliyi DəmirBank-ın B reytinqini “pozitiv” proqnozunadək yüksəldib | Banco.az

“Fitch Ratings” agentliyi DəmirBank-ın B reytinqini “pozitiv” proqnozunadək yüksəldib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq DəmirBank-ın “B” reytinqini təsdiqləyib və “stabil” proqnozunu “pozitiv” proqnozunadək yüksəldib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən biridir.

Yüksək reytinqin verilməsi, DəmirBank-ın uzun müddətli perspektivdə kredit ödəmə qabiliyyətinin daha çox dayanıqlı olmasını və Bankın aktivlərinin keyfiyyətinin yaxşılaşmasını əks etdirir. Bu reytinq Bankın uğurlu fəaliyyətinin, daha yüksək korporativ idarəetmənin, risklərin idarəedilməsi alətlərinin gücləndirilməsinin və digər müsbət amillərin nəticəsidir.

Ən sərfəli kredit üçün müraciət et

DəmirBank “Fitch Ratings” agentliyi ilə 2004-cü ildən əməkdaşlıq edir və beynəlxalq reytinq alan Azərbaycanda ilk özəl bankdır. DəmirBank həmçinin “Planet Rating” agentliyinin də “pozitiv” proqnozlu “B” reytinqinə malikdir və 2009-cu ildə ölkədə ilk dəfə sosial reytinq alan bankdır.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.