FINCA-nın qlobal direktoru Azərbaycana səfər edir | Banco.az

FINCA-nın qlobal direktoru Azərbaycana səfər edir

FINCA qlobal mikromaliyyə şəbəkəsinin prezidenti Rupert Skofild 25-27 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər müddətində cənab Rupert “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının baş ofisi və bir neçə filialını ziyarət edəcək. Onun həmçinin,ölkədə fəaliyyət göstərən bir sıra beynəlxalq və regional maliyyə qurumlarında işgüzar görüşlər keçirməsidə planlaşdırılır.

“FINCA Azerbaijan” Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-bank mikromaliyyə təşkilatıdır və o, FINCA qlobal mikromaliyyə şəbəkəsinin bir hissəsidir.

Ən sərfəli kredit üçün müraciət et

Aparıcı və sosial baxımdan məsuliyyətli investisiya tərəfdaşları ilə birlikdə, FINCA,  maliyyə davamlılığına və sosial yonümlü icraya ikiqat fokuslanmaqla, 23 ölkədə təqribən 2 milyon az gəlirli sahibkarlara və onların icmalarına xidmət göstərən mikromaliyyə təssisatlarının şəbəkəsinə sahibdir və onları idarə edir.

Təşkilat barədə əlavə məlumat üçün www.finca.az və ya www.finca.org vebsaytına daxil olun.