Unibank səhifəsi Facebook tərəfindən müştəriyönümlü qiymətləndirilib
Sosial şəbəkələr, xüsusi olaraq da Facebook-un rolu bizim həyatımızda günbəgün artır.Research in Motion-ın araşdırmalarına görə, indi texnoloji alətlərə daxil olan sosial internet kommunikasiyaları hər hansı bir şirkət və onun müştəriləri arasında inam yaradan vasitəyə çevrilib. Müştəri məmnuniyyətini öz fəaliyyətində əsas prioritetlərindən hesab edən Unibank, müştərilərlə kommunikasiyanı gücləndirmək üçün sosial şəbəkələri əsas vasitələrdən biri hesab edir.
Məsələn, hər kəs Unibankın facebook səhifəsinə daxil olmaqla bankın mövcud kampaniyaları, məhsul və xidmətləri haqqında istədiyi suala cavabı cəmi bir neçə dəqiqə ərzində ala bilir.
Unibankın səhifəsi Facebook tərəfindən müştəriyönümlü kimi qiymətləndirilib. Bu qiymət bankın facebook səhifəsi tərəfindən istifadəçilərin şəxsi mesajlarının qısa müddətdə və əhatəli cavablandırılmasına görə verilib. Qeyd edək ki, səhifəyə gələn şəxsi məktubların 98%-i 2-3 dəqiqə ərzində cavablandırılır. Unibankın facebook səhifəsinə girdiyiniz zaman diqqətiniz çəkən yaşıl işarə səhifənin müştəriyönümlü statusunun göstəricisidir.
Müştəri məmnuniyyətinə nail olmaq Unibank-ın rəsmi facebook səhifəsinin əsas iş prinsipidir. Məhz düzgün kommunikasiya sayəsində bankın facebook səhifəsi dəfələrlə beynəlxalq Socialbakers xidməti tərəfindən də “Ən sosialyönümlü səhifə” nominasiyasının qalibi olub.
Bizə yazın, çox yazın, həm də tez-tez yazın.
(www.facebook.com/unibank.az və https://twitter.com/unibank).
Unibank-hər kəsin bankı