Expressbank-ın Əhmədli metro stansiyasının yaxınlığında yeni Əhmədli filialı fəaliyyətə başlayıb.Yeni filial Əhmədli metrosunun çıxışında, M. Hadi küçəsi, 31S ünvanında yerləşir.
“Expressbank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində daha bir filialını müştərilərin istifadəsinə verdi. Əhmədli metro stansiyasının yaxınlığında yerləşən filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir”, - deyə, Expressbank-ınBiznesin İnkişafı departamentinin direktoru Mehriban Ocaqquliyeva bildirib.
Expressbank-ınpaytaxt Bakı ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində də filialları fəaliyyət göstərir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 400-dək ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.