DəmirBank-ın MasterCard kart sahibləri dünya brendlərinə endirim əldə ediblər | Banco.az

DəmirBank-ın MasterCard kart sahibləri dünya brendlərinə endirim əldə ediblər

DəmirBank-ın nağdsız ödəniş edən MasterCard plastik kart sahibləri “İstanbulda dəbdən zövq al” aksiyasında iştirak edə bilərlər. Aksiya 21 aprel 2014-cü il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə İstanbula səyahət edən kart sahibləri Tom Ford, Alexander McQueen, Salvatore Ferragamo və Lanvin brendlərinin məhsullarını aldıqda vergidən azad olunurlar (tax free) və 10% həcmində endirim əldə edirlər.

DəmirBank plastik kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir – “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartlar təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.