Biznes Jurnalistikası üzrə yeni təlimlərə star verildi | Banco.az

Biznes Jurnalistikası üzrə yeni təlimlərə star verildi

PAŞA Bank və British Council məmnuniyyətlə jurnalistlər üçün biznes jurnalistika sahəsində təlim proqramının davamını elan edir. Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata  professional bilik və səriştənin artırılmasında kömək etməkdir.

Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və  mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin müxtəlif kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Layihə çərçivəsində 10 seçilmiş iştirakçılara media sahəsində xüsusi tərtib olunmuş  təlim proqramının keçirilməsi eləcə də, fəal və tam davamiyyəti olan jurnalistlərin  Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrində qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır. Bizim məqsədimiz qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf edilməsinə töhfə verməkdir.

Seçiləcək iştirakçılardan tələb olunanlar:

  • Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
  • Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli  
  • Bütün təlim kurslarında iştirak edə bilməli
  1. 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla - Noyabr 2015, yanvar və fevral 2016)
  2. Təlim məqsədilə 2016-cı ilin mart ayında Böyük Britaniyaya təcrübə səfəri

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:

  1. Ərizə forması və inşalar
  2. Yerli təlimlər üçün ilkin müsahibələrin keçirilməsi
  3. Böyük Britaniyada Tədris səfəri üçün seçim

Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az  yükləməlidirlər. Doldurulmuş ərizə forması, CV ilə birgə 2015-ci il 30 sentyabr tarixindən gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidir.

Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.

Layihə haqqında məlumat: Paşa Bank, British Council və Thomson Fondu ötən 4 il ərzində Azərbaycanda bir etalon sayılan media təlimi layihəsi keçirib. 2011-ci ildən başlayaraq Biznes Jurnalistika layihəsi çərçivəsində  British Council, biznes mövzularını əhatə edən  media sahəsində işləyən Azərbaycanın qabaqcıl jusrnalistləri üçün təlimlər təşkil etmişdir. Bu təlimlər  Böyük Britaniyanın London və Kardif şəhərlərinə tədris səfəri ilə bitmişdir. Təlimlər   Thomson Fondu tərəfindən təyin olunmuş təcrübəli təlimçilər tərəfindən keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Təlim zamanı fəaliyyətlərə daxil idi: 15 günə gədər xüsusi media kursun təşkili və icrası  və jurnalistləin Böyük Britaniyaya səfəri zamanı məşhur  qəzetlər, jurnallar və digər media qurumlarında iş təcrübəsinin mübadiləsi və  Britaniyanın aparıcı jurnalistləri ilə görüşlər.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Könül Əhmədova

Proqramlar üzrə İcraçı

British Council Azərbaycan

T: 4971593; 4972013 F: 4989236

www.britishcouncil.az

British Council Birləşmiş Krallığın təhsil imkanları və mədəniyyət əlaqələri sahəsində beynəlxalq təşkilatıdır. Dünyanın 109 ölkəsində fəaliyyət göstərir. British Council Birləşmiş Krallıq və digər ölkələrdə yaşayan insanlar arasında əlaqələr və qarşılıqlı anlayış yaradır, xaricdə Birləşmiş Krallığın ideya və nailiyyətlərinin qiymətləndirilməsini artırırıq

British Council bərabər imkanlar siyasətini dəstəkləyir.

Bank haqqında:

PAŞA Bank – Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və 9 Biznes-mərkəzləri ilə təmsil olunan PAŞA Bankda 300 çox əməkdaş çalışır. “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.

PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.       

www.pashabank.az