Bank VTB (Azərbaycan) hesablaşma-kassa xidmətləri üzrə güzəştli tariflər təklif edir. Bu təklif yalnız bank VTB (Azərbaycan)-ın deyil, eləcə də VTB qrupun güzəştli şəbəkəsinə daxil olan bankların müştərilərinə aid edilir. Güzəştli şəbəkəyə VTB (Azərbaycan), VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24, Moskva bankı və Poçtbank daxildir.
Güzəştli tariflərə əsasən, VTB qrupa aid digər banklardan Bank VTB (Azərbaycan)-a pul köçürüldükdə komissiya köçürülən məbləğin cəmi 0,3-0,5%-ni təşkil edir. Bu halda komissiyanın minimal məbləği 1 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 100 rubl, maksimal məbləği isə 500 dollar (avro, funt sterlinq, İsveçrə frankı) və ya 5000 rubl təşkil edir. Vəsaitin hesaba köçürülməsi tarifi isə köçürmənin maksimum 0,2%--dir.
Bununla yanaşı, sərfəli tariflər vahid güzəştli bankomat şəbəkəsi çərçivəsində də qüvvədədir. Bu şəbəkəyə VTB qrup banklarından əlavə yerli AccessBank da daxildir. Belə ki, şəbəkənin bankomatlarından vəsaitin nağdlaşdırılmasına görə əlavə komissiya tutulmur.
Müştərilərimiz vahid bankomat şəbəkəsi vasitəsilə qrupa daxil olan digər bankların bankomatlarından nağd pul çıxararkən VTB (Azərbaycan)-ınmövcud tariflərinə uyğun komissiya tutulur. Bundan başqa, VTB (Azərbaycan) kartlarının sahiblərinə bu bankomatlarda daha yüksək nağdlaşdırma limiti verilir.